16/09/2022
13:39
2860
| A A A
Avroliqada həftənin futbolçusu adına namizədlər açıqlandı

UEFA Avropa Liqasının qrup mərhələsində 2-ci tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Goal.az xəbər ki, bu ada Midtjyllland-dan Evander Ferreyra, Freiburg-dan Mixael Qreqoriç, Royal Union-dan Teddi Teuma və Feyenoord-dan Alireza Cahanbaxş namizəddir.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.