17/09/2022
14:07
1354
| A A A
Avropa Liqası: Qarabağ-ın oyunu azarkeş sayına görə ilk "5-lik"də yer alıb

UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Goal.az xəbər verir ki, 15 matçda ümumilikdə 312 000-dən çox tamaşaçı iştirak edib.

İlk "5-lik"də Bakıda Qarabağ və Fransanın Nantes komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 26 495 tərəfdar izləyib.

Ən çox fanat isə Roma (İtaliya) - HİK (Finlandiya) oyununda qeydə alınıb. İtaliyadakı matçda 60 193 fanat olub. (report)