19/09/2022
10:36
1621
| A A A
Olympiacos-un uğursuz çıxışı davam edir

UEFA Avropa Liqasının qrup mərhələsində Qarabağ-ın rəqiblərindən olan Olympiacos komandası Yunanıstan Super Liqasında V turun oyununu keçirib.

Goal.az xəbər verir ki, Pirey təmsilçisi səfərdə Aris-lə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 15-ci dəqiqədə Olympiacos-un futbolçusu Georgios Masuras açıb. Lakin Saloniki komandası fasilədən sonra 2 qol vuraraq, əzmkar qələbə qazanıb.

Bu nəticədən sonra Olympiacos 8 xalla 6-cı pillədə qərarlaşıb. Xalını 10-a çatdıran Aris isə 3-cüdür.

Qeyd edək ki, Qarabağ Olympiacos-la oktyabrın 6-da səfərdə, oktyabrın 13-də isə evdə üz-üzə gələcək. (report)