27/09/2022
19:00
1582
| A A A
Olympiacos-da Qarabağ-la oyun öncəsi itki

Olympiacos komandasının qapıçısı Tomaş Vatslik Yunanıstanda Qarabağ-a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda iştirak etməyə bilər.

Goal.az xəbər verir ki, Pirey təmsilçisinin baş məşqçisi Miçel Qonsales Çexiya millisində də çıxış edən 33 yaşlı qolkiperin oyunundan razı deyil.

59 yaşlı mütəxəssis bu səbəbdən qarşıdakı bir neçə görüşdə 20 yaşlı Kostas Tsolakisə şans verməyi planlaşdırır. (report)