30/09/2022
21:15
2737
| A A A
Xames Rodriges Qarabağ-a qarşı oynamaya bilər

Olympiacos-un yeni transferi Xames Rodriges Yunanıstanda Qarabağ-a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçında oynamaya bilər.

Goal.az xəbər verir ki, buna səbəb kolumbiyalı hücumameylli yarımmüdafiəçinin milli komandanın düşərgəsindən zədəli qayıtmasıdır.

Meksika yığmasına 3:2 hesabı ilə qalib gəldikləri yoldaşlıq matçında baldır nahiyyəsindən xəsarət alan vinger bu həftə məşq edə bilməyəcək. Oktyabrın 2-də Atromitos-a qarşı Yunaıstan Super Liqasının VI tur matçını buraxmalı olan ulduz futbolçunun Qarabağ-la qarşılaşmada meydana çıxıb-çıxmayacağı sual altındadır.

Həkimlərin rəyinə əsasən, hər şey oyunçunun bərpa presindən asılı olacaq.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək Olympiacos - Qarabağ görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI