05/10/2022
13:13
1692
| A A A
Olympiacos-un əsas qapıçısı əməliyyat olunub

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos”un əsas qapıçısı Tomaş Vatslik əməliyyat olunub.

Goal.az xəbər verir ki, 33 yaşlı çexiyalı qolkiperin sağ çiyninə cərrahi müdaxilə olunub.

Plzen şəhərində əməliyyat edilən oyunçu 3 aydan sonra yaşıl meydanlara qayıdacaq.

Vatslik Çexiya yığmasının heyətində Millətlər Liqasının son turunda İsveçrəyə 1:2 hesabı ilə uduzduqları səfər matçında zədələnib.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü bir həftə sonra Bakıda keçirəcək.