Şahruddin ən çox qurtarış edən qapıçılar siyahısındadır
UEFA Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarında ən çox qurtarış edən qapıçıları açıqlayıb.
Goal.az xəbər verir ki, siyahıda Qarabağ-ın qapıçısı Şahruddin Məhəmmədəliyev də yer alıb. O, Nantes-lə oyunda 6 qurtarış edib. Millimizin üzvü Nantes-dən Alfons Lafon, (6) Betis-dən Klaudio Bravo (6) ilə birgə 3-5-ci pillələri bölüşdürüb.
Siyahıya Maksim Koval Sheriff və Aleksandros Paxalakis Olympiacos 7 qurtarışla başçılıq edirlər.