02/11/2022
20:30
1843
| A A A
Freiburg-la oyun öncəsi Qarabağ-da 2 itki

Qarabağ-ın zədəli futbolçuları Bədavi Hüseynov və Leandro Andrade Avropa liqasının qrup mərhələsinin 6-cı turunda Freiburg-la (Almaniya) Bakıdakı matçı da buraxacaqlar.

Goal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov danışıb. O, qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında Bədavi ilə Leandronun görüşdə meydana çıxmayacağlarını, Qara Qarayevin oynayıb-oynamayacağının isə sabah bəlli olacağını deyib:

"Bədavi oynaya bilməyəcək. Andradenin zədəsi davam edir. Hələ hazır deyil. Zədəsini yenilədi. Qara komanda ilə məşq etməyib, fərdi hazırlaşır. Sabah “23-lük”də olub-olmayacağı bilinəcək. İkisi oynamayacaq, Qara da sual altındadır".

GÜNÜN ƏN ÇOX OXUNANLARI