Qarabağ Avropa Liqasıyla vidalaşdı
Qarabağ bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
Goal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv G qrupunun VI turunda Almaniyanın Freiburg klubunu qəbul edib. Görüş 1:1 hesabıyla başa çatıb. Azərbaycan təmsilçisi qrupu 3-cü sırada bitirib və Konfrans Liqasına yollanıb.
Qrupun digər oyununda Nantes Olimpiacos-u məğlub edib - 2:0.
UEFA Avropa Liqası
G qrupu, VI tur
3 noyabr
Qarabağ (Azərbaycan) - Freiburg (Almaniya) - 1:1
Qol: K.Ovusu, 90+1 - N.Petersen, 25 (penalti)
Qırmızı vərəqə: Kevin Medina, 62 (Qarabağ)