Avropa Liqasında həftənin oyunçusu
Avropa Liqasında qrup mərhələsinin sonuncu - VI turunun ən yaxşı oyunçusu müəyyənləşib.
Goal.az xəbər verir ki, bu ada Monaco-nun hücumçusu Kevin Vollan layiq görülüb.
30 yaşlı forvard UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə Real Betis-dən Aitor Ruibal, Midtjylland-dan Anders Dreyer və Roma-dan Lorentso Pelleqrinini qabaqlayıb.
Vollan Monaco-nun Crvena Zvezda-nı 4:1 hesabı ilə məğlub etdiyi matçda het-trik edib.