Qarabağ - Freiburg oyunu azarkeş sayına görə 6-cı olub
UEFA Avropa Liqasının qrup mərhələsində VI turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı bəlli olub.
Goal.az xəbər verir ki, 16 matçda ümumilikdə 370000-dən çox tamaşaçı iştirak edib.
Bakıda Qarabağ və Almaniyanın Freiburg komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması 6-cı sırada yer alıb. Matçı 30430 tərəfdar izləyib.
Ən çox fanat isə Roma (İtaliya) - Ludogorets (Bolqarıstan) oyununda qeydə alınıb. İtaliyadakı matçda 60 807 azarkeş olub. (report)