21/02/2019
18:30
4340
| A A A
Millimiz İspaniya və Çexiya ilə qarşılaşacaq

Bu gün qadınlardan ibarət yığma komandalar arasında AVRO-2021-in seçmə qrup mərhələsinin püşkü atılıb.

Goal.az-ın məlumatına görə, püşkatma mərasimi UEFA-nın İsveçrə şəhərindəki mənzil-qərargahında baş tutub.

Bakı vaxtı ilə 16:30-da start götürən mərasimə rekord sayda - 47 komandanın nümayəndəsi qatılıb. Kipr və Kosovonun qadınlardan ibarət yığması ilk dəfə mötəbər turnirə qatılacaqsa, Azərbaycan millisi 2009-cu ildən sonra Avropa çempionatına dönüşünü qeyd edəcək.

Final mərhələsinə ev sahibliyi edəcək İngiltərə istisna olmaqla, digər yığmalar qruplara bölünüb. Yığmamız püşkatma zamanı sonuncu - 5-ci səbətdə qərarlaşıb. D qrupuna düşən komandamız İspaniya, Çexiya, Polşa və Moldova ilə üz-üzə gələcək.

Ümumiyyətlə, komandalar 9 qrupa bölünüb ki, bunların ikisində 6, yeddisində isə 5 yığma mübarizə aparacaq.

Seçmə qrup mərhələsində mübarizə avqustun 26-da start götürəcək və gələn il sentyabrın 22-dək davam edəcək. Qrup qalibləri və ikinci yerlər arasında ən yaxşı nəticə göstərən 3 komanda final mərhələsinə vəsiqə qazanacaq. İkinci yeri tutan digər 6 komanda arasında isə pley-off oyunları keçiriləcək.

Seçmə qrup mərhələsinin matçları 26 avqust-3 sentyabr, 30 sentyabr-8 oktyabr, 4-12 noyabr, 2-11 mart 2020, 6-14 aprel, 1-9 iyun və 14-22 sentyabr tarixlərində oynanılacaq. Gələn il oktyabrın 19-da və 27-də pley-off mərhələsinin görüşləri baş tutacaq. Final mərhələsinin püşkatma mərasimi 2020-ci ilin sonlarında, oyunlar isə 2021-ci ilin iyul ayında İngiltərədə keçiriləcək.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7217 səs