24/02/2019
13:56
2058
| A A A
Ayaz Quliyev Rusiya yığmasında çıxış etmək istəyir?

Rusiyanın Eurofutbol.ru saytı Premyer Liqa klublarının qış fasiləsində həyata keçirdikləri ən bahalı transferlə bağlı yazı hazırlayıb.

Goal.az xəbər verir ki, yazıda Spartak Moskva ötən yay Rostov-a satdığı azərbaycanlı futbolçu Ayaz Quliyevi yenidən geri qaytarmasına da yer verilib. Həmçinin 22 yaşlı yarımmüdafiəçinin Azərbaycan millisində çıxış etmək perspektivinə də toxunulub:

"Quliyev Azərbaycan yığma komandasında çıxış edə bilər. Məlumdur ki, Ramil Şeydayevdən sonra ona da vətəndaşlığını dəyişmək təklif olunub. Amma Şeydayevdən fərqli olaraq, yarımmüdafiəçi Rusiya millisində oynamaq istəyir. Ayazın Spartak-dakı çıxışı onun yığmaya çağırılmasına kömək etməlidir".

Qeyd edək ki, Spartak-ın yetirməsi olan Quliyev 2018-ci ilin yayında 500 min avro qarşılığında Rostov-a transfer olunmuşdu. Moskva təmsilçisi daha sonra 1 milyon avro ödəyərək, gənc yarımmüdafiəçini geri qaytarmışdı.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27140 səs