28/02/2019
13:33
2588
| A A A
Slovakiyalı hücumçu millimizlə matçda iştirak etməyəcək

Slovakiya milli komandasının futbolçusu Adam Zrelyak Bakıda Azərbaycan yığması ilə AVRO-2020-nin seçmə oyununda iştirak edə bilməyəcək.

Goal.az Slovakiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu zədə səbəbindən 4-6 ay yaşıl meydanlardan kənarda qalaq.

Almaniyanın Nürnberg klubunda çıxış edən forvard zədələndiyi üçün üzüldüyünü vurğulayıb: "Hər şey qaydasında olarsa, 4 ay içində sağala və 6 ay sonra yenidən futbol oynaya bilərəm. Mən bir döyüşçüyəm, daha güclü şəkildə geri qayıdacağam".

Zrelyak klubun son məşqində xəsarət alıb. Onun xaçabənzər bağlarının qırıldığı müəyyənləşib.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində Slovakiya ilə yanaşı, Xorvatiya, Macarıstan, Uelslə birlikdə E qrupunda mübarizə aparacaq. Yığma Slovakiya ilə ilk oyunu iyunun 21-də evdə, növbəti matçı isə noyabrın 19-da səfərdə keçirəcək.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7217 səs