29/05/2019
16:03
2360
| A A A
Almaniya, Hollandiya və Türkiyə klublarının futbolçuları Azərbaycan millisinə çağırılıb

Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına hazırlaşan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olacaq.

Goal.az AFFA-nın rəsmi saytlna istinadən xəbər verir ki, mayın 30-da start götürəcək hazırlıq prosesinə yığmanın baş məşqçisi Milan Obradoviç 24 futbolçu çağırıb. Komanda 4 günlük toplanışı başa vurduqdan sonra seçmə oyun üçün Lixtenşteynə yollanacaq. Bu görüş iyunun 6-da olacaq.

N. ADI / SOYADI KLUB
1 Kamran İbrahimov Neftçi
2 Şahin Zəkiyev Keşlə
3 Murad Popov Qəbələ
4 Amin Seydiyev Qəbələ
5 Turan Manafov Zaqatala
6 Ricat Qarayev Sumqayıt
7 Murad Qayalı Keşlə
8 Hüseyin Seyligli Beşiktaş (Türkiyə)
9 Nihad Tamazov Qarabağ
10 Elçin Mustafayev Sabah
11 Arziman Rizvanov Bohemians FK (Çexiya)
12 Baris Ekincier VfL Bochum (Almaniya)
13 Nicat Süleymanov Qarabağ
14 Hacıağa Hacılı Qarabağ
15 İsmayıl İbrahimli Qarabağ
16 Rövlan Muradov Qəbələ
17 Süleyman Əhmədov Sumqayıt
18 Ziya Əzizov NEC Nijmegen (Hollandiya)
19 Şakir Seyidov Sabah
20 Tural Bayramlı Daugavpils FC (Latviya)
21 Elvin Cəfərquliyev Qarabağ
22 Rafael Məhərrəmli Zirə
23 Musa Qurbanlı Qarabağ
24 Emil Qasımov Sabah

Qeyd edək ki, Latviyanın “Daugavpils” klubunun üzvü Tural Bayramlı komandasının çempionatdakı oyununa görə toplanışa iyunun 2-dən qoşulacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27140 səs