30/05/2019
17:22
3346
| A A A
Eddi İsrafilov millidən kənarlaşdırıldı

Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Goal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə qarşılaşacaq yığmamızda Eddi İsrafilov heyətdən çıxarılıb.

Buna səbəb yarımmüdafiəçinin klubu Alcorcon-un son oyununda zədələnməsi olub. Həkim müayinəsinin nəticəsinə əsasən, 27 yaşlı orta sahə oyunçusu 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu üzdən İsrafilov toplanışda iştirak etməyəcək. Baş məşqçi Nikola Yurçeviç komandaya əlavə futbolçu dəvət etməyəcək və milli rəsmi oyunlara hazırlığını 26 futbolçu ilə davam etdirəcək.

Qeyd edək ki, yığmamız iyunun 8-də Macarıstan, 11-də isə Slovakiyanı qəbul edəcək.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7217 səs