03/06/2019
22:12
5594
| A A A
Millimizi Macarıstan və Slovakiya ilə oyunda böyük azarkeş dəstəyi gözləyir

Futbol üzrə milli komandamız AVRO-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə ev oyunlarında böyük azarkeş dəstəyinə malik olacaq.

Goal.az xəbər verir ki, ölkə xaricində yaşayan Şamil Mustafayevin həmtəsisçisi və rəhbəri olduğu "Milli Dəstə" fan-klubu Facebook-dakı səhifəsində bu barədə məlumat verib:

"17 azarkeş qrupu! 1 hədəf, 1 məqsəd! Uzun davam edən müzakirələrdən və çalışmalardan sonra milliyə dəstək olmaq məqsədi ilə 17 azarkeş qrupu birləşdi. Bu dəfə külüngü bir yerə, birlikdə vuracağıq: Bakı Kartalları, Beşiktaş Azərbaycan, Dənizçilər (Səbail), GFB Azərbaycan, Gəncə Kartalları, Xəmsə, İmarət, J12 (Juventus), Kapaz Ultras, Qarabağ Ordu, Mançester Yunayted, Milan Azərbaycan, Milli Dəstə, Red Black Army (Qəbələ), ultrAslan Azərbaycan (Bakı & Gəncə), UltraWolves (Traxtur)".

Tribunada yer almaq istəyən hər bir azarkeşdən öz azarkeş qrupu ilə bir başa əlaqə saxlamağı xahiş olunur. Heç bir azarkeş qrupunun üzvü olmayan və ya azarkeş qrupu qeyd olunmayanlar isə 1A və 2A sektorlarına biletlərini kassadan və ya İTicket.az saytından ala bilərlər.

Xatırladaq ki, Azərbaycan - Macarıstan matçı iyunun 8-i, Azərbaycan - Slovakiya oyunu isə 11 iyun saat 20:00-da 8-ci kilometr stadionunda keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27144 səs