05/06/2019
14:55
2959
| A A A
Azərbaycan - Macarıstan görüşünün hakimləri açıqlandı

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Macarıstan görüşünün hakimləri müəyyənləşib.

Goal.az xəbər verir ki, qitə futbol qurumu iyunun 8-də keçiriləcək oyunu hollandiyalılara həvalə edib.

Matçı Kevin Blom idarə edəcək. Yan xətt hakimləri Bas van Dongen və Johan Balder, dördüncü hakim isə Serdar Gözüböyük olacaq.

Qeyd edək ki, Blom klublarımızdan Neftçi-nin oyunu idarə edib. O, UEFA Avropa Liqasının 2012/2013 mövsümündə flaqmanın İnter-lə oyununda iş başında olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27140 səs