14/06/2019
12:54
1731
| A A A
Millimiz FİFA reytinqdə gerilədi
FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Goal.az xəbər verir ki, 2019-cu ilin üçüncü siyahısında dəyişikliklər qeydə alınıb. Buna baş tutan rəsmi və yoldaşlıq görüşləri səbəb olub. 
Hesabat dövründə AVRO-2020-nin seçmə oyununda Macarıstan (1:3) və Slovakiyaya (1:5) məğlub olan Azərbaycan millisi 14 xal itirib. Bu, komandamızın 2 pillə geriləməsinə səbəb olub.
Xal hesabı 1188-ə düşən Nikola Yurçeviçin kollektivi 110-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahının liderləri Belçika (1746), Fransa (1718) və Braziliya (1681) mövqelərini qoruyub. 1467 xala malik qonşu Türkiyə yığması 2 pillə irəliləyərək 37-ci yerə yüksəlib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27139 səs