14/06/2019
18:14
4139
| A A A
Millinin ən yaxşıları: Riçard, Bədavi, Qara - UEFA açıqladı

Azərbaycan millisinin Avro-2020-nin seçmə mərhələsindəki ilk 3 oyunundan sonra yığmanın ən yaxşıları açıqlanıb.

UEFA-nın saytında dərc olunan statistikaya görə, komandanın ən yaxşısı Riçard Almeyda olub. O, 425 xalla ümumi sıralamanın 186-cı pilləsində qərarlaşıb. Millinin seçmə mərhələdəki 3 qolundan ikisinin müəllifi olan Ramil Şeydayevin 422 xalı var və o, komandada 2-ci, ümumi cədvəldə 188-ci yeri tutur. İlk "3-lüy"ü Bədavi Hüseynov qapayır. Təcrübəli müdafiəçi 350 xalla 276-cı yerdədir.

ilk "5-liy"in növbəti yerləri də "Qarabağ"lılara məxsusdur. Yarımmüdafiəçi Qara Qarayev 4-cü, Macarıstanla görüşdə yeganə qolumuzun müəllifi olan Mahir Əmrəli isə 5-ci olub.

Maraqlıdır ki, millinin son oyunlardakı uğursuz nəticələrinə görə ən çox Riçard Almeyda, Bədavi Hüseynov və Qara Qarayev tənqid olunub. Ancaq UEFA-nın hesablamalara görə, millidə ən yaxşı statistik göstərəcilər məhz bu futbulçulara aiddir ("Futbolpress").

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37137 səs