04/09/2019
14:43
1541
| A A A
Rahil Məmmədov millinin heyətindən çıxarıldı

Azərbaycan milli komandası AVRO-2020-nin seçmə qrup matçı ilə əlaqədar Uelsə edəcəyi səfər öncəsi futbolçu itkisi ilə üzləşib.

Goal.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmaya "Qarabağ" klubundan dəvət almış müdafiəçi Rahil Məmmədov zədələnib. Məmmədov bu gün səhər məşqi zamanı köhnə zədəsini yeniləyib. Millinin həkiminin rəyinə və baş məşqçi Nikola Yurçeviçin qərarına əsasən, o, heyətdən çıxarılıb.

Qeyd edək ki, Uelslə qarşılaşma sentyabrın 6-da Kardiff şəhərində keçiriləcək. Azərbaycan millisi səfərə bu gün çıxacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33231 səs