06/09/2019
13:39
1104
| A A A
Azərbaycan - Xorvatiya görüşünün hakimləri açıqlandı

AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan – Xorvatiya görüşünün hakimləri müəyyənləşib.

Goal.az-ın məlumatına görə, UEFA sentyabrın 9-dakı oyunu isveçrəli hakimlər briqadasına həvalə edib.

Qarşılaşmanın baş hakimi Sandro Şarer olacaq. Ona Stefane De Almeyda və Sladan Yosipoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fedayi San yerinə yetirəcək.

Hakim-inspektor Aleksandru Dyakonu (Rumıniya), UEFA nümayəndəsi Sergey İliç (Belarus) olacaq.

Qeyd edək ki, oyun “Bakcell Arena”da baş tutacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33224 səs