03/10/2019
15:20
1341
| A A A
U-21 yığmamızın Fransa və İsveçrə ilə oyunlar üçün heyəti açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə qrup mərhələsində Fransa və İsveçrə yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb. 

Goal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Milan Obradoviç 23 oyunçuya dəvət göndərib. 

Qeyd edək ki, U-21 oktyabrın 10-da Kale şəhərindəki “Stade de l'Épopée”də Fransanın, ayın 15-də isə Sumqayıtdakı “Kapital Bank Arena”da İsveçrənin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Komanda oktyabrın 6-da və 7-də, həmçinin 12-dən 16-dək Bakıda, ayın 8-dən 11-dək isə Fransada təlim-məşq toplanışında olacaq. 

ADI / SOYADI KLUB
1 Kamran İbrahimov Neftçi
2 Şahin Zəkiyev Keşlə
3 Nicat Mehbaliyev Sumqayıt
4 Amin Seydiyev Qəbələ
5 Turan Manafov Səbail
6 Murad Qayalı Keşlə
7 Nihad Tamazov Qarabağ
8 Anton Krivotsyuk Neftçi
9 Elçin Mustafayev Sabah
10 Hüseyin Seyliğli Darica Genclerbirliyi (Türkiyə)
11 Rafael Məhərrəmli Zirə
12 Hacıağa Hacılı Qarabağ
13 Fərid Nəbiyev Slaviya Praqa (Çexiya)
14 Barış Ekincier SK Austria Klagenfurt (Avstriya)
15 Rövlan Muradov Qəbələ
16 Səbuhi Abdullazadə Sumqayıt
17 Tural Bayramlı Keşlə
18 Şakir Seyidov Sabah
19 İsmayıl İbrahimli Qarabağ
20 Elvin Cəfərquliyev Sumqayıt
21 Ozan Can Kökcü Sabah
22 Süleyman Əhmədov Sumqayıt
23 Doğukan Öksüz Eyüpspor (Türkiyə)