24/10/2019
11:48
634
| A A A
Uelsin futbolçusu millimizlə oyunu buraxacaq

Millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqib Uels yığması itki ilə üzləşib.

Goal.az xəbər verir ki, Charlton-da çıxış edən Conni Uilyams Derby üzərində matçın ilk hissəsində zədələnib. 26 yaşlı yarımmüdafiəçinin artıq əməliyyat olunduğu bildirilib. Onun ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacağı vurğulanıb. Bu isə o deməkdir ki, Uilyams millimizlə görüşü buraxacaq.

Qeyd edək ki, noyabrın 16-da Bakıda Azərbaycanın qonağı olacaq Uels bundan üç gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39538 səs