24/10/2019
13:28
801
| A A A
Millimiz FİFA reytinqdə 2 pillə gerilədi

FIFA milli komandaların yeni reytinqin siyahısını açıqlanıb.

Goal.az xəbər verir ki, Azərbaycan millisi 2 pillə geriləyib. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 1189 xalla 111-ci sırada qərarlaşıb. Yığma hesabat dövründə yoxlama oyununda Bəhreynə 3:2 hesabı ilə qalib gəlsə də, AVRO-2020-nin seçmə matçında Macarıstana uduzub - 0:1.

Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya isə 1 pillə irəliləyib. Zlatko Daliçin baş məşqçi olduğu komanda 1631 xalla 7-ci sıradadır. 1 pillə geriləyən Uels 1524 xalla 24-cüdür. 2 sıra aşağı düşən Slovakiya 1493 xalla 31-ci mövqedədir. Macarıstan isə 1429 xalla 50-ci yerdə qalıb.

Qeyd edək ki, ilk 4 sırada dəyişiklik olmayıb. Belçika 1755 xalla liderdir. Fransa 1726 xalla 2-ci, Braziliya 1715 xalla 3-cü, İngiltərə isə 1651 xalla 4-cüdür. 1642 xala malik Uruqvay isə Portuqaliyanı keçərək 5-ci pilləyə yüksəlib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39540 səs