26/10/2019
21:54
1408
| A A A
Millimiz qrup lideri oldu

Futzal üzrə Azərbaycan millisi 2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsinin 3-cü qrupunda bu gün son oyununu keçirib.

Goal.az-ın məlumatına görə, Joze Alesio da Silvanın komandası Slovakiya ilə qarşılaşıb. İlk iki oyunda Moldova və Monteneqro üzərində qələbə qazanaraq elit-raunda vəsiqəni rəsmiləşdirən millimiz bu görüşdə də qalib gəlib - 2:0.

Bununla da millimiz maksimum - 9 xalla qrupu birinci pillədə başa vurub.

Azərbaycan - Slovakiya 2:0

Qollar: Bolinya, 29:21. Vassura, 34:38.

Hakimlər: Andrey Çernı (Çexiya), İnqus Puriņş (Latviya), İnqo Hemsot (Almaniya)

Bakı İdman Sarayı

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39538 səs