19/11/2019
09:50
1200
| A A A
Azərbaycan millisi Slovakiya səfərində

Azərbaycan milli komandası bu gün AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxacaq.

Goal.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi komandamız son turda səfərdə Slovakiya yığması ilə üz-üzə gələcək.

E qrupunda yer alan hər millimiz 1 xalla sonuncudu. 10 xala malik slovaklar isə 4-cü pillədə qərarlaşmalarına baxmayaraq, hələ AÇ-2020-yə vəsiqə qazanmaq şanslarını saxlayırlar. Amma bunun üçün meydan sahibləri millimizə mütləq qalib gəlməyə çalışacaqlar. Yığmamız da öz növbəsində seçmə mərhələnin son oyununda müsbət nəticə qazanmaq üçün mübarizə aparacaq.

Qrupun digər oyununda Uels və Macarıstan yığmaları qarşılaşacaq.

AVRO-2020-nin seçmə mərhələsi

E qrupu

23:45. Slovakiya - Azərbaycan

Baş hakim: Sergey Boyko (Ukrayna)

Trnava. Anton Malatinski adına stadion.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1029 səs