19/11/2019
10:20
1788
| A A A
Seçmə mərhələdə son oyun - U17

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirəcək. Goal.az xəbər verir ki, Vüqar Məmmədin çalışdırdığı kollektiv bu dəfə Qazaxıstan yığması ilə qarşılaşacaq.

Yunanıstanın Patra şəhərindəki Pampeloponnisiako stadionunda keçiriləcək oyuna Bakı vaxtıyla 16:00-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan millisi ilkin seçmə mərhələnin əvvəlki oyunlarında Yunanıstana 1:6, Almaniyaya isə 0:2 hesabıyla məğlub olub.

AÇ-nin ilkin seçmə mərhələsi

9-cu qrup

19 noyabr

16:00. Azərbaycan - Qazaxıstan

Baş hakim: Denis Şurman (Ukrana).

Patra. Pampeloponnisiako stadionu.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
9040 səs