28/11/2019
14:05
2263
| A A A
Millimiz FİFA reytinqində gerilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Goal.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası üç pillə geriləyib. Millimiz 1177 xalla 114-cü pillədə qərarlaşıb. Geriləməyə səbəb milli komandanın AÇ-2020-nin son seçmə oyunlarında Uelsə Bakıda, Slovakiyaya isə Trnavada 0:2 hesabı ilə uduzmasıdır.

Siyahıda Belçika 1765 xalla birinci, Fransa 1733 xalla ikinci, Braziliya isə 1712 xalla üçüncüdür. Türkiyə millisi isə 3 pillə irəliləyib. Şenol Günəşin baş məşqçisi olduğu komanda hazırda 1494 xalla 29-cudur.