28/11/2019
15:04
2158
| A A A
Yığmanın futbolçusu zədəsini sağaldıb

Almaniyanın III liqasında "Proyssen" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov zədəsini sağaldıb.

Goal.az xəbər verir ki, 28 yaşlı hücumçu artıq dünəndən etibarən məşqlərə start verib.

Oyunçunun növbəti tur "Valdxor"la matçda meydanda ola biləcəyi ehtimal olunur. Dadaşov açıqlamasında həmin qarşılaşmada komandasına kömək etmək istədiyini vurğulayıb.

Qeyd edək ki, Rüfət Dadaşov zədə səbəbindən AVRO-2020-nin seçmə mərhələsində Uels və Slovakiya ilə qarşılaşmalardan kənarda qalıb. Noyabrın 30-da keçiriləcək "Proyssen" - "Valdxor" matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.