20/01/2020
15:59
3634
| A A A
AFFA siqaret çəkən futbolçuları cəzalandırdı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iki futbolçusu heyətindən kənarlaşdırılıb.

Goal.az AFFA-nın saytına istinadən xəbər verir ki, bunlar “Neftçi”dən Elnur Hüseynov “Zaqatala”dan Vüsal Şabanovdur. Hər iki qapıçı nizam-intizam qaydalarını pozduqlarına görə, daha dəqiqi siqaret çəkdikləri üçün komandadan uzaqlaşdırılıblar.

Hər iki futbolçunun intizamsız davranışı barədə məxsus olduqları klublara AFFA məlumat göndərib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
9045 səs