02/02/2020
14:53
1054
| A A A
Qəbələ-nin futbolçusu millinin heyətindən çıxarıldı

Bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına başlayan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Goal.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Qəbələ”nin futbolçusu Sənan Qərimov heyətdən çıxarılıb. Toplanışa dəvət olunmuş Qərimovun səhhəti ilə əlaqədar Antalyaya yollanan heyətdə yer almadığı qeyd olunub.