06/02/2020
17:36
1939
| A A A
Millimiz gerilədi - Yeni reytinq

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.

Goal.az xəbər verir ki, Azərbaycan millisi bundan əvvəlki reytinqlə müqayisədə 1 pillə geriləyib. Millimiz 1407 xalla 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 1843 xalla Braziliya başçılıq edir. İspaniya 2-ci (1801), Argentina 3-cüdür (1648).

Xatırladaq ki, komandamız bu ay dünya çempionatının elit raundunda Xorvatiyaya uduzub, Rusiyaya qalib gəlib, Slovakiya ilə heç-heçə edib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
7735 səs