11/02/2020
14:38
1762
| A A A
AFFA 2 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi Zirə klubunun iki futbolçusunu cəzalandırıb.

Goal.az xəbər verir ki, qurum qəsəbə təmsilçisinin oyunçularından Ağabala Ramazanova 2, İlkin Muradova isə 1 oyunluq cəza verib.

Muradov Premyer Liqanın XVI turunda səfərdə Sumqayıt-a 1:2 hesabı ilə uduzduqları oyunda ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. Klub bunun üçün 200 manat məbləğində cərimə olunub. Ramazanov həmin görüşdə kobud oyuna görə birbaşa qırmızı alıb. Qəsəbə təmsilçisi buna görə 1600 manat ödəməli olacaq.

Zirə-nin 4, Sumqayıt-ın isə 6 futbolçusu həmin qarşılaşmada sarı vərəqə alıb. Hər iki klub bu səbəbdən 800 məbləğində cərimələnib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
9045 səs