18/02/2020
21:30
2350
| A A A
Türkiyə - Azərbaycan oyununun vaxtı bəlli oldu

Azərbaycan və Türkiyə milliləri arasında keçiriləcək yoldaşılıq görüşünün vaxtı məlum olub.

Goal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç may ayının 26-da oynanılacaq. Qarşılaşma Antalyada keçiriləcək.

Qeyd edək ki, bundan başqa, yığmamız martın 26-da Lixtenşteyn, 30-da isə Malta ilə yoldaşlıq oyunu keçirəcək.