26/10/2020
18:01
1010
| A A A
Azərbaycan - Monteneqro oyununun yeri müəyyənləşdi

Millətlər Liqasının 5-ci turunda keçiriləcək Azərbaycan - Monteneqro oyununun məkanı bəlli olub.

Goal.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüş noyabrın 14-də Xorvatiyanın paytaxtı Zaqrebdəki "Maksimir" stadionunda olacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xatırladaq ki, UEFA Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq millimizin ev oyunlarını neytral meydanda keçirilməsi ilə bağlı qərar verib. Komandamızın 4-cü turda Kiprlə görüşü (0:0) Albaniyanın Elbasan şəhərində olub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21576 səs