02/02/2021
22:20
1695
| A A A
Azərbaycan millisi növbəti qələbəsini qazandı

Bu gün futzal üzrə Azərbaycan millisi AÇ-2022-nin seçmə mərhələsində ikinci oyununa çıxıb.

Goal.az xəbər verir ki, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın komandası səfərdə Yunanıstan yığması ilə qarşılaşıb.

Afinadakı Daiss İdman Sarayında keçirilən matç millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra Azərbaycan yığması 6 xalla qrupa başçılıq edir. Xalı olmayan Yunanıstan isə sonuncudur.

Qeyd edək ki, yığmamız qrupdakı ilk oyununda evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub edib. Yunanıstan isə səfərdə Moldovaya uduzub - 1:3.

AÇ-nin seçmə mərhələsi

3-cü qrup

Yunanıstan - Azərbaycan - 0:3

Qollar: Vassura, 1.04, Eduardo Borqes, 1.38, Ramiz Çovdarov, 25.58

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13581 səs