12/02/2021
15:27
1186
| A A A
PSG-nin futbolçusu Azərbaycana qarşı oynamayacaq

“Azərbaycanla matçdakı qələbə sayəsində Avropa çempionatına vəsiqə qazanacağıq”.

Goal.az xəbər verir ki, bu fikirləri futbol üzrə qadınlardan ibarət İspaniya yığmasının baş məşqçisi Xorxe Vilda Azərbaycana qarşı keçirəcəkləri Avropa çempionatının seçmə oyunundan əvvəl mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, Fransanın Lyon klubundan Lola Qalyardo və PSG-dən İrene Paredes klublarına qayıtdıqdan sonra karantinə alınacaqları üçün Bakıya gətirilməyəcək: “Onlar Azərbaycanla matçı buraxsalar da, Polşa ilə ev matçında oynayacaqlar”.

Vilda ilk hədəflərinin Bakıdakı görüşdə qələbə qazanmaq və Avropa çempionatına vəsiqəni təmin etmək olduğunu vurğulayıb.

Qeyd edək ki, fevralın 18-də "ASK Arena"da keçiriləcək Azərbaycan - İspaniya oyununa saat 20:00-da start veriləcək.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13572 səs