09/03/2021
12:53
1458
| A A A
Qətər - Azərbaycan matçının məkanı dəyişdirildi

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Qətərlə səfər matçı Avstriyanın paytaxtı Vyanada keçirilməyəcək.

Goal.az xəbər verir ki, koronavirus pandemiyasının səbəb olduğu səyahət məhdudiyyətlərinə görə görüşün yeri dəyişdirilib.

Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib. Qitə futbol qurumu qarşılaşmanın Macarıstanın Debretsen şəhərindəki “Nadyerdei” stadionunda keçirilməsinə qərar verib.

Qeyd edək ki, martın 27-də baş tutacaq Qətər - Azərbaycan oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11275 səs