18/03/2021
13:28
1914
| A A A
Portuqaliya millisində ağır itki

Portuqaliya millisi DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə oyununa ciddi itki ilə çıxa bilər.

Goal.az xəbər verir ki, komandanın aparıcı futbolçularından Renatu Sanşeş sıradan çıxıb.

Fransanın Lille klubunda oynayan 24 yaşlı yarımmüdafiəçi ölkə kubokunun 1/8 final mərhələsinin PSG ilə matçından (0:3) öncəki məşqdə sol ayağından zədələnib. Onun seçmə mərhələnin görüşlərinədək sıraya qayıdıb-qayıtmayacağı bəlli deyil.

Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki Juventus stadionunda oynanılacaq Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11278 səs