21/03/2021
18:52
1433
| A A A
Azərbaycan millisində şok itki

DÇ-2022-nin seçmə mərhələsinin oyunlarına hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş baş verib.

Goal.az AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev zədəli olduğu üçün milli komanda ilə birgə səfərə yollana bilməyəcək.

Xatırladaq ki, millimiz Portuqaliya yığması ilə martın 24-də keçiriləcək qarşılaşma üçün sabah - martın 22-də İtaliyanın Turin şəhərinə yola düşəcək.