24/03/2021
10:00
1908
| A A A
Azərbaycan millisi Portuqaliya yığmasına qarşı

Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxacaq.

Goal.az xəbər verir ki, yığmamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə görüşəcək.

Portuqaliya yığması koronavirus pandemiyasından irəli gələn məhdudiyyətlərlə əlaqədar, millimizi doğma meydanda qəbul edə bilmir. Fernando Santosun çalışdırdığı komanda Azərbaycan millisini İtaliyanın Turin şəhərindəki Juventus stadionunda sınağa çəkəcək.

Qarşılaşmanın favoriti heyətində Kristiano Ronaldo kimi dünya ulduzunun yer aldığı Portuqaliya yığmasıdır. Lakin Canni De Byazinin çalışdırdığı kollektiv bu görüşdə sürprizə imza atmaq arzusundadır.

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu

23:45. Portuqaliya - Azərbaycan

Hakimlər: Daniel Zibert, Yan Zaydel, Rafael Foltin, Saşa Stegemann

(Hamısı Almaniya).

Juventus stadionu.