24/03/2021
13:25
1325
| A A A
Azərbaycan millisinin Qətərlə matçının hakimləri açıqlandı

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Qətər yığması ilə yoldaşlıq oyununa təyinatlar bəlli olub.

Goal.az xəbər verir ki, matçın əsas referisi açıqlanmasa da, köməkçiləri artıq bilinir.

Yan xətt hakimləri Tomaş Somolani və Branislav Hançko olacaq. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək. Hakimlər briqadası Slovakiyanı təmsil edir.

Martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.