25/03/2021
01:41
2283
| A A A
Azərbaycan millisi səfərdən məğlubiyyətlə qayıdır

Millimiz bu gün DÇ-2022-nin seçmə mərhələsində ilk oyununa çıxıb.

Goal.az xəbər verir ki, A qrupunda yer alan Canni De Byazinin baş məşqçisi olduğu komanda sonuncu Avropa çempionu Portuqaliya ilə qarşılaşıb. İtaliyadakı Juventus stadionunda keçirilən matç rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

A qrupunun digər qarşılaşmasında Serbiya İrlandiyanı qəbul edib və 3:2 hesablı qələbə qazanıb.

23:45. Portuqaliya - Azərbaycan - 1:0

Maksim Medvedev, 37-avtoqol