27/03/2021
10:15
1741
| A A A
Azərbaycan millisi növbəti oyununu keçirir

Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxacaq.

Goal.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı millimiz DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində müsabiqədənkənar formada iştirak edən Qətər yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA DÇ-2022-nin ev sahibi olan Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.

Qətər yığması bu qrupda ilk matçını Lüksemburqa qarşı keçirib və 1:0 hesabıyla qalib gəlib. Millimiz isə həmin gün (24 mart) Portuqaliya ilə səfər oyunundan minimal hesabla məğlub ayrılıb.

Qətərlə oyun komandamızın tarixində 265-ci qarşılaşma olacaq. İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan millimiz bu oyuna qədər 264 matça çıxıb. Hesabında 50 qələbə və 73 heç-heçə olan Azərbaycan millisi 141 dəfə uduzub. Əvvəlki 264 qarşılaşmada 194 qol vuran futbolçularımız 437 top buraxıb.

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu

21:00. Qətər – Azərbaycan

Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hançko, Peter Kraloviç (hamısı Slovakiya).

Macarıstan. Debretsen. “Nadyerdei” stadionu.