27/03/2021
20:31
1752
| A A A
Qətər - Azərbaycan: start heyətlər

Beynəlxalq yoldaşlıq görüşündə üz-üzə gələcək Qətər və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

Goal.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.

Qətər: 1. Saad Əl-Şib, 2. Pedro Migel, 18. Əhməd Elamin, 16. Bualem Xuxi, 15. Basam El Ravi, 7. Əhməd Allaeldin, 23, Assim Madibo, 20. Abdulsalam, 4. Məhəmməd Vaad, 10. Al Haydos (k), 19. Almoez Ali

Azərbaycan: 1. Emil Balayev (k), 5. Şəhriyar Əliyev, 4. Bəhlul Mustafazadə, 2. Sertan Taşqın, 22. Tellur Mütəllimov, 19. Təmkin Xəlilzadə, 16. Aleksey İsayev, 20. İsmayıl İbrahimli, 7. Anatoli Nuriyev, 10. Mahir Emreli, 11. Ramil Şeydayev,

Bu gün Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.