28/03/2021
05:55
2030
| A A A
Azərbaycan millisi məğlub oldu

Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyununda Qətərlə üz-üzə gəlib.

Goal.az xəbər verir ki, Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçirilən qarşılaşmada yığmamız 1:2 hesabı ilə uduzub.

Qətər millisi Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna mübarizə aparır. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.

Azərbaycan yığması bu komanda ilə üçüncü dəfə qarşılaşıb. 2013-cü ildəki ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 2017-ci ildə isə milli rəqibini məğlub edib - 2:1.

Azərbaycan millimiz seçmə mərhələdəki ilk görüşündə İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Qətər isə Lüksemburqu eyni hesabla yenib.

21:00. Qətər - Azərbaycan - 2:1

Qollar: Ramil Şeydayev, 16-pen (0:1), Hassan Al Haydos, 55-pen (1:1), 58 (2:1)