30/03/2021
22:00
2407
| A A A
Azərbaycan millisi məğlub oldu

Bu gün DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turuna start verilib.

Goal.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması da növbəti oyununa bu gün çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Serbiya yığması ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.

Azərbaycan yığması bunadək qrupda bir oyun keçirmişdi. Milli Portuqaliyaya 0:1 hesabıyla uduzmuşdu. İki oyun keçirən Serbiya millisi ilə qrupun lideritdi. Draqan Stoykoviçin rəhbərlik etdiyi komanda ilk matçda İrlandiyanı 3:2 hesabıyla məğlub edib, ikinci oyunda isə Portuqaliya ilə qollu bərabərə qalmışdı – 2:2.

Üç qolun qeydə alındığı bu oyunda da qələbəni serblər bayram ediblər. Millimiz doğma meydandanı ilk matçdan 1:2 hesabıyla məğlub ayrılıb.

DÇ-2022, seçmə mərhələ

A qrupu

Azərbaycan – Serbiya 1:2

Qol: E.Mahmudov, 59-pen – A.Mitroviç, 16; 81.