06/04/2021
14:27
517
| A A A
Azərbaycan Slovakiya ilə oyuna itkilərlə yollandı

Avropa çempionatının seçmə qrup oyununda Slovakiya ilə qarşılaşacaq Azərbaycan millisi bu gün səfərə çıxıb.

Goal.az xəbər verir ki, Bakı - İstanbul-Budapeşt hava reysi ilə hərəkət edəcək komanda Macarıstanın paytaxtından oyunun keçiriləcəyi Slovakiyanın Levitse şəhərinə avtobusla yollanacaq.

“Astrum Laus” hotelində məskunlaşacaq millinin heyətində itkilər var. Zədəli olan Bolinya və Hadi Ahmadi bu görüşdə komandaya kömək edə bilməyəcək.

Baş məşqçi Joze Alesio Da Silva bu səbəbdən, 3-ü qapıçı olmaqla 12 oyunçunun xidmətindən yararlanacaq. Yüngül zədəsi olan Amir Şocayi, baş məşqçi şans verəcəyi təqdirdə, meydana çıxacaq. İki gün əvvəl məşqdə zədələnmiş Bolinya və Hadi Ahmadi isə müalicəsini Bakıda davam etdirəcək. Onların aprelin 14-də Yunanıstanla Bakıda keçiriləcək görüşə qədər hazır olacağı gözlənilir.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11336 səs