08/04/2021
11:25
669
| A A A
Bu gün Azərbaycan millisi növbəti matçını keçirəcək

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşacaq.

Goal.az xəbər verir ki, Levice şəhərindəki idman zalında keçiriləcək oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Qarşılaşmanı Finlandiyadan olan hakimlər idarə edəcək. Əvvəlki dörd oyunun hamısında qələbə qazanmış yığmamız artıq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Millimiz bu oyunda da uduzmasa, qrup birinciliyini də təmin etmiş olacaq.

Xatırladaq ki, Slovakiya və Azərbaycan yığmaları arasında Bakıda baş tutmuş ilk oyunda millimiz 4:1 hesabıyla qalib gəlmişdi. Moldovanı da Bakıda 5:1 hesabıyla yenən komandamız bu komandaya səfərdə də 5:3 qalib gəlib, Yunanıstanı isə 3:0 üstələyib.

AÇ-nin seçmə mərhələsi

3-cü qrup

18:00. Slovakiya – Azərbaycan

Hakimlər: Kirill Nayshouler (Finlandiya), Arttu Kiynaeraeynen (Finlandiya), Martin Matula (Slovakiya).